Qızıl pul (çəkisi 3,45 q). (“Koroğlu” dastanının lüğəti)
Misirdə Bürci məmlük sultanlarından olan Əşrəf Seyfəddin Bars bəy tərəfindən kəsilmiş və onun adı ilə adlandırılmışdır. // ümumiyyətlə, pul.
Əzəldən biləydim sənin halını,
Əşrəfidən kəsdirərdim nalını,
Yüz gözələ toxudardım çulunu,
Alma gözlü, qız birçəklim Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”)
*
Qıratımın halı gərək,
Əşrəfidən nalı gərək,
Yetmiş ağac yolu gərək,
Dərə, təpə, düz olaydı.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Bozalqanlı”)
*
Koroğlu Dəli Mehtərə tapşırdı ki, bu oğlanın ağzını əşrəfi ilə doldursun. Dəli Mehtər oğlanın ağzını əşrəfi, bacaqlı ilə doldurdu. (Paris nüsxəsi, 9-cu məclis)